Dollarla bağlı şok iddia: “Yerini bu vəsait alacaq”
Tvitterin qurucusu Cek Dorsi bitkoinlə bağlı müzakirələrə səbəb olan iddia irəli sürüb.
Miq.Az xəbər verir ki, Dorsi dolların yerini bitkoinin alacağını deyib.
Tez-tez bitkoin və kriptovalyutalara bağlı proqnozları ilə gündəmə gələn Cek Dorsi amerikalı sənətçi Kardi B-nin Tvitterdə paylaşdığı "Sizcə kriptovalyuta dolları əvəz edəcəkmi?” sualına cavab verib. Dorsinin cavabı qısa olub: "Bəli, o bitkoin alacaq”.
Cek Dorsinin Kardi B-nin tvitinə verdiyi cavab geniş müzakirələrə səbəb oldu. Bəziləri bunun absurd olduğunu iddia etdikləri halda, digərləri Dorseyin bu fikri ilə razılaşdıqlarını bildiriblər.(teleqraf.com)
Miq.Az