Dolu altı nəfəri öldürdü
Çində son günlər 6 nəfər ölüb, 43 min adam xəsarət alıb.
Vətəninfo.az məlumat verir ki, Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, buna səbəb ölkənin şimalındakı Daxili Monqolustan muxtar rayonuna dolu düşməsi olub.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, təbii fəlakət nəticəsində 8,8 min hektar kənd təsərrüfatı əkin sahəsinə ziyan dəyib. Hakimiyyət 200 nəfəri evakuasiya edib. Təbii fəlakətdən dəyən ziyanın iqtisadi zərəri 9,98 milyon dollar dəyərləndirilir.