Donbasda şok gəlişmə: Amerika sistemləri işə salındı

Donbasda şok gəlişmə: Amerika sistemləri işə salındı

Ukrayna ordusu Donbasda ABŞ istehsalı olan "Javelin” tank əleyhinə raket komplekslərindən (ATGM) atəş açıb.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Məlumata görə, bununla regionda bu tip silahlardan ilk dəfə istifadə edilib. Qeyd olunub ki, komplekslər döyüş şəraitində istifadə edilməyib - atışlar poliqonda aparılıb. Bununla bağlı digər təfərrüatlar verilməyib.
 
"Military Times” bundan əvvəl, noyabrın sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanova istinadən, artıq Donbasda bu komplekslərdən istifadə edilməsi barədə məlumat yaymışdı. Budanov bildirmişdi ki, bu komplekslər Türkiyədən alınmış "Bayraktar” pilotsuz təyyarələri ilə birlikdə istifadə olunacaq və düşmənə qarşı əhəmiyyətli psixoloji çəkindirici vasitəyə çevriləcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az