Dörd ölkə İrəvanda toplaşır

Dörd ölkə İrəvanda toplaşır
Rusiya, İran, Ermənistan, Gürcüstan energetika sahəsində əməkdaşlıq üçün iclas keçirəcəklər.
 
Axar.az xəbər verir ki, iclas bu gün İrəvanda baş tutacaq. Bu görüş 2015-ci ilin dekabrında başlayan dördtərəfli danışıqların davamı olacaq.
 
Qeyd edək ki, keçən ilin dekabrındakı görüş də İrəvanda baş tutmuşdu. Görüşdə Ermənistan, Gürcüstan və İranın energetika nazirləri, Moskvanı isə Rusiya Şəbəkələri MMC təmsil edib. Dekabr görüşündə tərəflər arasında elektrik enerjisinin qarşılıqlı axını, enerji sistemlərinin güvənliyi və təhlükəsizliyi ilə bağlı razılıq əldə olunub. 
 
Rusiya artıq uzun illərdir ki, Gürcüstan ərazisini müxtəlif məqsədlərlə İrana tranzit kimi istifadə etməyə çalışır. Moskva həmçinin Moskva-Abxaziya-Tiflis-İrəvan dəmiryolunun açılmasında da maraqlıdır. Bu, görüşün digər sahələrdə də danışıqları başlada biləcəyinə güman yaradır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az