DSX-nin hərbçisi DÜNYASINI DƏYİŞDİ

DSX-nin hərbçisi DÜNYASINI DƏYİŞDİ

Dekabr ayının 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib.

Bu barədə Miq.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Onun dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişmişdir. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırl­ması üzrə müvafiq tədbirlər həyata keçirilir.

DSX rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az