Dünən vəfat edən naziri kim əvəz edir?

Dünən vəfat edən naziri kim əvəz edir?

Xəbər verdiyimiz kimi, müdafiə sənayesi naziri Yavər Camalov dünən vəfat edib. 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

Miq.Az Unikal.org-a istinadən verdiyi məlumata görə, Y. Camalovu nazirin müavini Yəhya Musayev əvəz edir.

Qeyd edək ki, Y. Musayev Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az