Dünyada 27 milyon insan narkotik istifadəçisidir

Dünyada 27 milyon insan narkotik istifadəçisidir

Dünyada 27 milyon insan narkotik aludəçisidir.

Miq.az report-aistinadən bildirir ki, bunu BMT-nin Narkotika və cinayətkarlığa qarşı mübarizə komitəsinin (UNODC) rəhbəri Yuri Fedotov Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq Narkotiklərlə Mübarizə İdarəsinin İdarə Heyətinin 59-cu toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, narkomaniya qlobal problem olmaqla yanaşı, insanlara, cəmiyyətə və ölkələrə mənfi təsir göstərir: "Bu da lazımsız ağrılara səbəb olaraq bir çox insanın həyatına son qoyur. Bu gün üçün dünyada 27 milyon insan məhz narkotik istifadəçisidir. Onların 11 milyonu isə narkotik maddəni inyeksiya yolu ilə qəbul edir".
BMT rəsmisi qeyd edib ki, hər il təxminən 200 min insan həddindən artıq dozadan istifadə və bu qəbildən olan digər səbəbdən həyatını itirir: "Narkotikdən istifadə edən insanların 13 faizi isə İİV virusuna yoluxur".

Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az