Dünyada ilk - Türkiyə lazerli PUA-nı sınaqdan keçirdi

Dünyada ilk - Türkiyə lazerli PUA-nı sınaqdan keçirdi

Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı "Eren" dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.

Miq.Az xəbər verir ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

TÜBİTAK və "Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan "Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. "Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az