Düşmən ordusu mülki infrastrukturlarımızı ATƏŞƏ TUTDU-Fotolar
İşğalçı ordu cəbhənin Ağdam rayonu istiqamətində mülki infrastrukturu atəşə tutub.
Miq.az-ın cəbhə bölgəsində olan əməkdaşı xəbər verir ki, rayonun Çıraqlı kənd sakinləri məlumat verib. Onların sözlərinə görə kənd istiqamətinə atılan güllələrdən biri isə divara və qaz sayğacın qutusuna dəyib.
Maddi itki olsa da, insanlar arasında təşviş halı qeydə alınmayıb.
Qeyd edək ki, dəfələrlə düşmən təxribatına məruz qalan Çıraqlı kəndi təmas xəttinə yaxın olan yaşayış məntəqlərindən biridir.
Elgün Gəncimsoy
Miq.az