“Düşməni çiyələk və alt paltarları ilə məğlub etmək…” - Paşinyana şok ittiham

“Düşməni çiyələk və alt paltarları ilə məğlub etmək…”  - Paşinyana şok ittiham

"Kimin daha çox günahkar olduğunu – indiki yoxsa əvvəlki hakimiyyətlərin – bu barədə uzun-uzadı müzakirələr aparmaq mümkündür. Amma iki yarım da ordunu gücləndirmək üçün kifayət qədər böyük müddətdir”. 

Miq.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, "Vətən” partiyasının sədri Artur Vanetsyan RBK-ya müsahibəsində bildirib.

Bununla belə, o hesab edir ki, Qarabağdakı məğlubiyyətin günahkarı Baş nazir Nikol Paşinyandır. "Təəssüf ki, Paşinyan nə peşəkar hərbçilərləri, nə də diplomatları dinlədi. Bunun əvəzində o əsgərlərin çiyələk yediyini, onlara həftədə ən azı iki dəfə alt paltarlarının verildiyini nümayiş etdirdi. Amma düşməni çiyələk və alt paltarları ilə məğlub etmək mümkün deyil”, - deyə Vanetsyan bildirib.

O əlavə edib ki, Paşinyana yürütdüyü siyasətin müharibəyə səbəb ola biləcəyi barədə dəfələrlə xəbərdarlıq edilib.

Vanetsyanın sözlərinə görə, bir dəfə Paşinyandan Ermənistanla Azərbaycan arasında danışıqların hansı sənəd üzərində getdiyi barədə sual verib. Bir müddət sonra Baş nazir parlementdə oxşar suala cavab verərkən deyib ki, danışıqları necə istəyirsə elə də aparır.

Partiya sədrinin fikrincə, indi Paşinyan və tərəfdarları Qarabağla bağlı Azərbayacan, Rusiya və Ermənistan arasında üçtərəfli sazişi imzalamaqdan başqa çıxış yolunun olmadığını göstərməyə çalışırlar. Ancaq Ermənistan silahlı qüvvələri və Xarici İşlər Nazirliyinin rəhbərliyindən alınan məlumata görə, habelə Rusiya Prezidenti Vladimir Putinlə son açıqlamalarından aydın olur ki, müharibəni ilk günlərdən dayandırmaq mümkün olub. "Amma Paşinyan mütəxəssisləri dinləmədi, özünün populist mülahizələrini üstün tutdu”, - deyə Vanetsyan vurğulayıb.

O bildirib ki, bütün bunlar təkcə Paşinyanın  dövlət idarəçiliyindəki təcrübəsizliyini deyil, həm də Baş nazirin öz üzərində işləmək, öyrənmək istəmədiyini ortaya qoydu.

"Belə bir lider ölkəni idarə edə bilməz və o, Qarabağla bağlı üçtərəfli bəyanatda nəzərdə tutulanların realizasiyası zamanı erməni tərəfinin xeyrinə hər hansı qərar qəbul edə bilməyəcək.

Küçədən gələn bir insan populizm və yalanla ölkəyə rəhbərlik etməyə çalışır. Nə edilməsi lazım olduğunu dəqiq başa düşmür. Fərqli bir gerçəklikdə yaşayır. Təəssüf ki, bu gerçəklik "Facebook” adlanır. Onun fərqli bir Ermənistanı var. O addımlarını maksimum baxış və "like” almaq üçün atır. Ölkəni "Facebook” və "like”larla idarə etmirlər”, - deyə partiya sədri əlavə edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az