Düşmənin 5 hərbi qulluqçusu məhv edilib-Müdafiə Nazirliyi

Düşmənin 5 hərbi qulluqçusu məhv edilib-Müdafiə Nazirliyi

Azərbaycan MN: Dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib: "Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.
Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.
Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az