“Düşmənin ciddi itkiləri var, daha da çox olacaq” - Zelenski

“Düşmənin ciddi itkiləri var, daha da çox olacaq” - Zelenski

"Ukrayna Silahlı Qüvvələri şiddətlə döyüşür, hücumları dəf edir, düşmən ciddi itkilər verib”.

Miq.Az xəbər verir ki, bunu Prezident Vladimir Zelenski deyib.

"Silahlı Qüvvələr həqiqətən şiddətlə döyüşür, Donbasda, şərqdə, şimalda, cənubda digər bölgələrdə hücumları dəf edir. Düşmən ciddi itkilər verib, düşmənin itkiləri daha çox olacaq - onlar bizim torpağımıza giriblər”, - Zelenski bildirib.

O, Ukraynaya şimaldan, şərqdən və cənubdan hücum edildiyini, havadan hücuma məruz qaldığını vurğulayıb və müdafiənin yaxşı təşkil edildiyini söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az