"Düşmənlər təxribatçını AzTV-yə çıxardıb Qarabağda vuruşmuş xanımları təhqir etdirdilər" — Tanınmış hüquqşünasdan AĞIR İTTİHAMLAR
Əziz Həmvətənlərim! Çoxlarınızın hiss etmədiyiniz, Dövlətimiz, o cümlədən Qarabağ probleminin həlli üçün çox təhlükəli olan növbəti təxribat törədildi.
Qarabağ probleminin həlli Sumqayıt hadisələrindəki həqiqətləri dünyaya çatdırmaqdan keçir. Sumqayıt hadisələri ermənilər tərəfindən ona görə törədildi ki, "Azərbaycanlılar vəhşidir, humanist ermənilər onlarla birgə yaşaya bilməzlər” fikrini bütün dünyaya yeridib Qarabağı işğal etsinlər. Bunu da etdilər və dünya bu gün də Qarabağ məsələsində bizə dəstək vermir.
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyində Sumqayıtda baş vermiş həqiqətləri elan etdi. Bundan sonra İTV mənim orada təşkil olunmuş verilişdə çıxışıma imkan yaratdı, bu veriliş cəmiyyətdə böyük maraq doğurdu və ictimaiyyətdə böyük müzakirələr başladı. Bunu görən, hakimiyyətdə təmsil olunan, Azərbaycan düşmənləri gündəmi dəyişmək üçün dərhal köhnə təxribatçı Cümşüd Nuriyevi AzTV-yə çıxardıb Qarabağ müharibəsində vuruşmuş Azərbaycan xanımlarını təhqir etdirdilər. Uzun illərdir ki, biz belə təxribatlara aldanıb əsas hədəfdən yayınırıq. Bu dəfə bunu etməyək, əsas hədəf olan Sumqayıt hadisələrinin müzakirəsində, baş verənlərin dünyaya çatdırılmasında israrlı olmalıyıq.
P.S. Yadda saxlayın, hakimiyyətlər dəyişəcək, ancaq bizim Zəngəzur kimi bir daha Qarabağı qaytarmaq şansımız olmaya bilər.
Aslan ismayılov
Tanınmış hüquqşünas,
"Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı" kitabının müəllifi