Bu barədə məlumatı "Veteninfo.az"ın Nbc.az saytına istanadən xəbər verir.
Türkiyədə dönərin etibarlı qida olub-olmaması ilə bağlı aparılan araştırmanın nəticəsinə görə, özəlliklə kömürdə bişirilən dönərin xərçənc xəstəliyi yaratma riskinin yüksək olduğu bəlli olub. Bu barədə Nbc.az Türkiyə mətbuatına istinadən xəbər yayıb. Yenə Türkiyədə aparılan digər bir jurnalist araştırmasına görə isə, gün ərzində satılıb qurtarmayan dönərin, növbəti gün yenidən satışa çıxardılması da, ölümcül qida zəhərlənmələrinə səbəb ola bilər.
Azərbaycanda da dönər tələbatı böyük olan qidalardandır. Ölkəmizdə əsasən, “əlüstü” hazırlanılıb satılan dönərin bişirilməsində, əksər hallarda, səhlənkarlığa yol verilir. Qarşıdan isti ayların gəldiyini nəzərə alsaq, dönərin hazırlanmasında gigiyena qaydalarına riayət olunmaması daha ciddi problem kimi qarşımıza çıxır. Bütün bunları nəzərə alaraq, Nbc.az saytı Türkiyə mətbuatında sözügedən mövzu ilə bağlı aparılmış bəzi ciddi araşdırmaları təqdim edir.
Qardaş ölkədə aparılmış araşdırmalarda göstərilir ki, dönərin hazırlanmasından tutmuş, müştəriyə təqdim olunmasına qədərki bütün məhsullar, ləvazimatlar təmiz, keyfiyyətli, sağlam olmalıdır. Dönəri şişə mümkün qədər tez düzmək lazımdır. Satılıb qurtarılmayan dönərin növbəti gün yenidən satılması insanlarda qusma, ishal, temperaturun qalxması, halsızlıqla özünü göstərə və ölümcül nəticələri ola bilər.
Kömür atəşində bişirilən dönər daha çox xərçəng riski daşıyır. Kömürün alovunda qovrulan qırmızı ətin xərçəng riski yenə kömürdə qovrulan bəyaz ətə nisbətdə çox yüksəkdir. Dönər əti mümkün qədər aşağı temperaturda bişirilməlidir. Eyni zamanda ətin həddindən artıq bişməməsinə diqqət yetirmək lazımdır. Ətin üzərində əmələ gələn kömürləşmiş hissələr təmizlənməlidir. Ətin bir başa alova təmas etməməsinə diqqət etmək lazımdır və ətlə istiliyin qaynağı (köz və ya dönər bişirən sobalar) arasındakı məsafə ən azı 15 santimetr olmalıdır.