"Dövlət AZAL-a bu qədər subsidiya verir, amma qiymətlər endirilmir" - Aqil Abbas


"Burada danışırıq. AZAL qiyməti endirəcəkmi? Xeyr, endirməyəck. Özümüz deyib, özümüz eşidirik".

Miq.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan "Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, İrəvandan İstanbula reys açırlar: "Bizim pulla 80 manatdır qiyməti. Gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın və maşınımla İstanbula ucuz uçuşla gedim. Dövlət AZAL-a bu qədər subsidiya verir, amma qiymətlər endirilmir. Bəlkə ciddi bir müraciət hazırlayaq. Deputatların biletin qiyməti ilə bağlı dedikləri fikirlər havada qalır. Bəlkə heç o barədə danışmayaq?".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az