Vətəninfo.az-ın Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin təyinatından sonra, DMX-də müxtəlif vəzifələrin yaxın adamları və müəyyən məmurların yaxınları arasında bölüşdürüldüyü haqqında məlumatı adını açıqlamayan mənbənin redaksiyamıza sızdırmasından sonra, 12/02/2015 –ci il tarixdə “DMX-da Firudin Nəbiyevin məmurlara-JESTİ” başlıqlı məlumatı yayımladıq. Onu da qeyd etdik ki, adını açıqlamayan mənbə tərəfindən DMX-ndə əslən Naxçıvandan olan müxtəlif məmurlara qarşı başlanan inanılmaz təmizləmə əməliyyatı ilə bağlı məlumatı da yayımlayacağıq.
Redaksiyamıza sızdırılan bu məlumatın adını açıqlamayan mənbə tərəfindən bütün yönləri ilə araşdırılaraq görünməkdədir.
Belə ki, məlumatda qeyd edilir ki, Qısa və çətinlik çəkmədən aparılmış araşdırma zamanı məlum olub ki, bu gün DMX-da dövlət siyasəti yox, Naxçıvanlılara qarşı soyqırım siyasəti həyata keçirilir. Adını açıqlamayan mənbənin iddiasına görə, Firudin Nəbiyev DMX-ya rəhbər təyin edildiyi gündən bu günə kimi Naxçıvanlı soyqırımı və rüşvətxorluq siyasəti həyata keçirilməkdədir. Qeyd olunan məsələnin məntiqi ardıcıllığı kimi cənab Firudin Nəbiyevin 2012-ci il tarixdən həyata keçirdiyi siyasətə gəlin birlikdə nəzər salaq. İddiaya görə,2007-ci ildən DMX-nın yaranmasında misilsiz xidmətləri olan Naxçıvanlılardan bugün əsər-əlamət qalmayıb. Məlumatda vurğulanır ki, Firudin Nəbiyevib DMX-də ilk qurbanı Polkovnik leytenant- Muxtar Məmmədov olub. Bundan sonra isə iddiaya görə, mayor-Toğrul Əliyev- Firudin Nəbiyevin göstərişi ilə Rövşən Səfərovun əliylə sıxışdırılmış və şantaj olunaraq DMX-dan uzaqlaşdırılıb.Polkovnik-Yunis Əsgərov isə heç bir səbəb göstərilmədən işdən uzaqlaşdırılıb.İdarə rəisi-polkovnik - Nəbi Şükürlü işə 10 dəqiqə gec gəldiyi bəhanə edilərək işdən çıxarılıb. Maraqlısı budur ki, Cənab Firudin Nəbiyev daha öncələr də yüksək vəzifələrdə çalışmış Nəbi Şükürlü kimi dövlətçiliyə xidmətləri olmuş bir şəxsin işə gecikməsi bəhanə gətirilərək işdən çıxarılmasını hansı məntiqə əsaslandırıb?
Xaçmaz Regional İdarəsinin rəisi polkovnik Zakir Məmmədov MX-də əməyi olmuş və dövlətçiliyə xidmət etmiş, əvvələr də yüksək vəzifələrdə çalışmış bir polkovnikdir və onun tabeçiliyində işləyən, heç bir savadı olmayan, Firudin Nəbiyevin bacısının yoldaşına xidmətdə itaətsizliyinə, nizam-intizamına dair irad bildirdiyinə görə işdən çıxarılıb.Firudin Nəbiyevin baçısının yoldaşı Ədalət Şahquliyev kimdir? Xaçmaz Regional Miqrasiya İdarəsində çalışan bir çavuşdur. Hörmətli, Firudin Nəbiyev məgər dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti təcrübəli polkovniki itaətsizlik göstərən, nizam-intizamsız çavuşun ayağına verməkmi olub? Və bu nədərəcədə düzgündür?
Məlumatda iddia edilir ki, Xaçmaz Regional İdarəsinin rəisi Zakir Məmmədovun yerinə Firudin Nəbiyev yaxın adamı kapitan Hidayət Rüstəmov təyin edib. Polkovnik leytenant - Əfrasim Aşurbəyov - Miqrasiya Xidmətində çalışan təcrübəli şöbə rəislərindən biri olub və xidməti fəaliyyəti boyunca ölkədə qanunsuz miqrasiyanın qarşısının alınmasında misilsiz xidmətləri göstərib. Lakin, iddaya görə, Aşurbəyov Naxçıvanlı olduğu üçün F.Nəbiyevin və Rövşən Səfərovun əməllərinin qurbanı olub.
Adını açıqlamayan mənbənin redaksiyamıza sızdırdığı məlumatda iddia edilir ki, adı sadalanan şəxslər DMX-da yüksək rütbəli və vəzifəli şəxslər olublar, lakin aşağı vəzifəli və rütbəli əməkdaşların, gənc və potensiallı kadrların siyahısını bura əlavə etsə oxucuların oxumağa vaxt çatmayacaq.
Redaksiyadan: Yuxarıda səslənən iddialarla bağlı DMX-nin rəisi cənab Firudin Nəbiyevin də mövqeini dərc etməyə hazırıq.
Ardı var. Bzi izləyin
Vətəninfo.az