Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu - FOTO

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu - FOTO
Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub.
Bakupost.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Zəka Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə aspiranturanı bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayan Mirzəyev 2003–2004-cü illərdə hərbi xidmətdə olub.
2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini vəzifələrində çalışıb. 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi, 2020-ci ildən isə Fondun İdarə Heyətinin sədr müavini olub.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az