Dövlət xidmətinə yeni rəis təyin olundu

Dövlət xidmətinə yeni rəis təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

Miq.Az "Report”a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov və Elman Cəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az