Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidovla görüşüb.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında hazırkı mədəni əlaqələr, reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə olunub.
Nazir Ə.Qarayev bildirib ki, iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədədir və bu əlaqələrin gələcəkdə daha inkişaf etdirilməsi gündəmdə olan məsələlərdəndir. Nazirin sözlərinə görə, Vejdi Rəşidov rəssam kimi ölkələrimiz arasında mədəni əlaqələrin qurulmasına mühüm töhfələr verib: “Hər iki ölkənin nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq mübadiləsi mövcuddur. Biz yaxın gələcəkdə mədəni sahədə əməkdaşlığımızı daha da gücləndirəcəyik. İki ölkə arasında birgə mədəni proqramların, mədəniyyət günlərinin təşkilini nəzərdə tuturuq”.
Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi dəstəyi yüksək qiymətləndirən Bolqarıstanın mədəniyyət naziri qeyd edib ki, bu anlayış Avropada da çox böyük əhəmiyyət kəsb edir: “Azərbaycanın belə bir vacib foruma ev sahibliyi etməsi xalqlar arasında sülhüm, əmin-amanlığın qurulmasına xidmət edir. Bu, həm də Azərbaycanın dünyada qədim tarixi köklərə malik bir ölkə kimi tanınmasına əlverişli imkanlar yaradır. Biz ölkəmizin Azərbaycanla mədəni əlaqələrinin hər zaman yüksək olmasında maraqlıyıq və ümidvaram, bu dostluq və əməkdaşlıq hər zaman davam edəcək”.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”