Əbülfəz Süleymanlı: “Seriallar ailə həyatımıza mənfi təsir göstərir”

Əbülfəz Süleymanlı: “Seriallar ailə həyatımıza mənfi təsir göstərir”

Serialların artıq gündəlik həyatımızın parçası halına gəlməsi bir reallıqdır. Hər nə qədər, bugün serial tamaşaçıları arasında kişilərin də sayı çox olsa da , yenə də qadınlar serialların ən çox izləyici kütləsi olaraq qalmağa davam edirlər. Bu sözləri “Veteninfo.az” saytına verdiyi açıqlamada Azərbaycan Sosioloqlar Birliyinin İcraçı Direktoru, “Aktual” elmi-sosioloji Araşdırmalar Mərkəzinin Rəhbəri Əbülfəz Süleymanlı bildirib.

O, qeyd etdi ki, qadınlar gündəlik həyatda tez-tez müxtəlif əngəllərlə, maneələrlə üz-üzədirlər, bu səbəbdən də onlar diqqətlərinin dağılmasına, rejimsiz işləməyə öyrəşməlidirlər. “Xüsusilə kino mütəxəssisləri bunun səbəbini serialların qadınların gündəlik həyatına böyük ahənglik göstərdiyini ifadə edir “ -deyən ekspert bunu evdar qadınların diqqət dağınıqlığını qabaqcadan görən ssenari müəllifləri mətnin mühüm hissələrini təkrar etməyə diqqət etmələri ilə izah edirlər. Həqiqətən də ani kəsilmələrlə sonsuza qədər davam edəcəyə bənzəyən seriallar, qadınların gündəlik həyatındakı heç bir zaman qurtarmayacaq kimi görünən gündəlik məsuliyyətləri və davamlı bir maneə duyğusu ilə ahəngdir. 

Eyni zamanda ekspert onu da əlavə etdi ki, serialların ani kəsilmələrə bağlı olan maraq və gözləmə həzzi yaratmaları, xüsusilə evdar qadınların sözün həqiqi mənasında “evə həbs edilmələrindən” iləri gələn davamlı gözləmə vəziyyətinə də təsir göstərir. “Ev qadınları gün ərzində yeməyin bişməsini, uşağın yatmasını, uşaqların məktəbdən qayıtmasını, arada serialların başlamasını və nəhayət evin kişisinin də gəlməsi ilə ailənin bir yerdə toplanmasını gözləyirlər” -deyə açıqlama verən Ə.Süleymanlı onu da bildirdi ki, bu baxımdan da seriallar bir tərəfdən qadınları ən əsas məqsədlərinin ailələrini bir yerdə və xoşbəxt olmaq mövzusunda inandırarkən, digər bir tərəfdən bu idealı həyata keçirməkdə aciz qalacaqlarını söyləyərək, təsəlli edirlər. Çünki seriallar heç vaxt davamlı bir tarazlığın olmayacağı, başlayan hər bir əlaqənin bir gün sona çatacağı, yəni bir evliliklə bərabər ayrılıq toxumlarının da əkildiyi, “sonsuza qədər bir yerdə və xoşbəxt” ola bilməyəcəyi fikrinə qadınları inandıraraq, onları öz yaşayış praktikalarında rastlaşdıqları sıxıntı və müvəffəqiyyətsizliklər mövzusunda dəstək verirlər. Bu baxımdan şübhəsiz ki, serialların qadınlara və ailə həyatına mənfi nümunə təşkil etdiyi aşkardır.

“Eyni zamanda bu seraillar ailə həyatı qurmaq astanasında olan və yaxud yeni ailə həyatı qurmuş gənc xanımlara da təsir göstərir”fikrini ifadə edən ekspert söylədi ki, “ gənc qızın tamaşa etdiyi serialın qəhrəmanı və ya kumiri olan müğənni bütün günü gözəllik salonunda, əyləncə mərkəzində, rəfiqələri ilə birlikdə özünə vaxt ayırmaqla keçirir. Ev işlərini isə onun əvəzinə ya evin qulluqçusu görür, ya da ən yaxşı halda həyat yoldaşı ilə birgə həyata keçirirlər.” deyə fikrini əsaslandırdı. Həmin serial qəhrəmanı öz karyerasını da yeri gələndə ailə maraqlarından üstün tutur. Bunun təsiri altında olan gənc xanım eyni həyat tərzini öz ailəsində də tətbiq etmək istəyir və nəticədə insident və boşanma kimi arzuolunmaz hal baş verir.

Günel Türksoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az