“Əcnəbilər udun sehrinə düşdülər”

“Əcnəbilər udun sehrinə düşdülər”

Məşhur ud ifaçısı Vətəninfo.az-a danışdı

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçisi, Suriya Dövlət Konservatoriyasının professoru, “VEKTOR” Beynəlxalx Elmi Mərkəzin fəxri elmi doktoru, görkəmli ud ifaçısı, 6 kitab müəllifi, pedaqoq Əsgər Ələkbərov (Askar Ali Akbar) Qətər Krallığının Opera Simfonik Orkestri tərəfindən dəvət alaraq həmin ölkədə möhtəşəm bir konsertlə çıxış etdi. Qətər Krallığının Opera Simfonik Orkestrinin müşayiəti ilə o, Hacı Xanməmmədovun üçüncü Konsertinin 2-ci və 3-cü hissələrini ifa edib. Konsert zamanı orkestri dünya şöhrətli rumın dirijoru Janos Kovaç idarə edib. Ustad sənətkar Əsgər Ələkbərovun Vətəninfo.az-a eksklüziv açıqlaması: “Hər bir azərbaycanlı sənətkar yaşadığı məkandan asılı olmayaraq Azərbaycan musiqisini xarici dövlətlərdə layiqincə təbliğ etməyi bacarmalıdır. Dəfələrlə, istər Suriyada, istərsə Qətərdə, istırsı də digər xarici dövlətərdə milli musiqimizlə yanaşı klassik bəstəkarlarımızın da əsərlərini ifa etmişəm.

Hacı Xanmammədovun əsərini ud və orkestrlə ifa edərkən zalda əyləşən əcnəbilərin necə heyrətləndiyinin şahidi oldum. Belə bir məşhur orkestrin repertuarına Azərbaycan bəstəkarının əsərinin salınması mədəniyyətimizin növbəti uğurudur. Təklifin Qətər Krallığının Opera Simfonik Orkestri tərəfindən gəlməsi gələcək xarici səfərlərimə bir stimul verdi. Bir daha Azərbaycanımla qürur duydum. Azərbaycan mədəniyyətinin xaricdə təmsil olunmasında mənim də xidmətim olduğuna görə özümü xoşbəxt hiss edirəm”. Biz də Əsgər müəllimə uğurlar arzulayırıq. Konsert barədə xarici mətbuatda dərc olunan materialları və konsertin videogörüntüsünü Vətəninfo.az oxucularına təqdim edir.

Alim Nəbioğlu

Araz Hacıyev

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az