Ədliyyə polkovniki işdən çıxarıldı

Ədliyyə polkovniki işdən çıxarıldı

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.

Miq.Az xəbər verir ki, o, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

M.Məmmədov daha aşağı vəzifəyə - Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.

Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az