Əhməd Əhmədzadəyə yeni birinci müavin təyin olunur? (FOTO)

Əhməd Əhmədzadəyə yeni birinci müavin təyin olunur? (FOTO)

"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov vəzifəsindən azad olunaraq, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə birinci müavin vəzifəsinə təyin olunub.

Bu barədə Qaynarinfo-nu özəl mənbə məlumatlandırıb.

Mənbə E.Məmmədovun yeni təyinatının son vaxtlar ölkənin su təsərüfatında yaranan ciddi problemlərlə bağlı olduğunu və yaranan problemlərin aradan qaldırılmasına hesablandığını bildirir.

Hər iki qurumun mətbuat xidməti məlumatı təkzib etsə də, mənbə E.Məmmədovun artıq "Azərsu"dakı kabinetində yır-yığış etdiyini bildirir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az