Vətəninfo.az xəbər verir ki, Əkrəm Əylislinin “Xalq yazıçısı” titulundan, “Şöhrət ordeni”ndən məhrum edilməsi haqqında imza kampaniyası başlayıb.
“Doktoru daha çox şəhərin müsəlman sakinlərinin ermənilərə qəddar münasibəti dəhşətə gətirirdi, çünki, o, belə bir qəddar münasibəti ermənilər tərəfdən görməmişdi”.
“Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de – işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar”.
“Sən demə, bu, qoca erməni imiş. Çörək almağa çıxıbmış, elə orda yerazların əlinə düşüb. Elə ev paltarında... başmaqda... Mən o evin yanına çatanda yazığı artıq öldürüb hovuza atmışdılar”.
Bu, sitatlar Moskvada çap olunan “Drujba narodov” (“Xalqlar dostluğu”) dərgisinin 2012-ci ilin dekabr sayında dərc edilmiş xalq yazıçı Əkrəm Əylislinin Ermənistan-Azərbaycan konflikti ilə bağlı yazdığı “Daş yuxular” əsərindəndir.
Əylisli sadəcə “yerazları” təhqir etmir, Nuvariş obrazında Kürdəmirliləri-Muğanlıları, əxlaqsız və arvadbaz Şahqacar Armağanov obrazında Şuşalıları-Qarabağlıları, nardaranlılar obrazında bakılıları, şeyx Allahşükür Paşazadə obrazında Lənkəranlıları-talışları, Fərid Farzani obrazında güney azərbaycanlıları, Mırıq Müzəffərin psixi xəstə, sizofren övladları obrazında Əylisliləri-naxçıvanlıları, ümumilikdə isə azərbaycanlıları təhqir edir. Əylisli sakinlərinin demək olar ki hamısını xəstə ruhlu, psixopat, vəhşi, qan içən, qadınlarını heç bir işə yaramayan, iş bacarmayan birisi kimi qələmə verilir.
Əkrəm Əylisli hər nə qədər “Mən Azərbaycan xalqını aşağılamamışam, əsərdə milləti aşağılamaq gülünc söhbətdir”. – deyirsə də, əsərdə tez – tez zikr olunan “Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor”. – cümlələri deməyə əsas verir ki, Əkrəm Əylisli “Daş yuxular” əsərində xalqı, keçmişi, milli – mənəvi dəyərləri aşağılayıb və hətta bununla da kifayətlənməyərək milli birlik və bütövlüyümüzə nifaq toxumları toxumları səpməyə çalışıb.
Əylisli eyni zamanda müqəddəs dinimizi, peyğəmbərimizi, dini adət ənənələrimizi təhqir etməkdən belə çəkinməyib.
İsrarla “bu məsələni siyasiləşdirməyin” - deyən Əkrəm Əylisli unutmamalıdır ki, Azərbaycanda Sumqayıt hadisələri o zamankı Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı qurduğu tələdən başqa bir şey deyil. Daha kəsəsi bir şəxsin öz eqosunu tətmini baxımından milli məsələlərə bu dərəcədə loyal yanaşması və sırf gündəmdə qalmaq üçün “Biz Bakıda, Sumqayıtda baş verən olaylara bəşəri dəyərlərə hörmət nöqteyi-nəzərindən münasibətimizi özümüz bildirməliyik” deməsi qəbuledilməzdir. Əkrəm bəy, deyə bilərmi, Bakıda və Sumqayıtda baş verənlər nə idi? Bəlkə, doğurdan da Bakıda və Sumqayıtda nəsə baş vermişdi? Bizim bu həqiqətləri dünyaya car çəkdiyimiz, ermənilərin törətdiyi vəhşiliklərə informasiya müharibəsi zəminində dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız bir zamanda bir Azərbaycan yazıçısı bunu birtərəfli işıqlandırmaqla ciddi təhriflərə yol verir. Yaxşı, Əkrəm bəy “yerazlar”dan danışırsa, bir dəfə də desin ki, bu insanlar öz dədə-baba torpaqlarından zülmlə qovulublar, yurdları-yuvaları orda qalıb, niyə deyə bilmir? Romanda günahkar tərəf kimi ancaq azərbaycanlılar göstərilir.. Bu cür yanaşma olmaz. Siyasəti də, ədəbiyyatı da bir kənara qoyaraq, məsələlərə bir vətəndaş kimi yanaşmaq lazımdır. Bədii əsər tarixi həqiqətə uyğun olmalı, zamanın gedişini özündə əks etdirməlidir.
Bütün bunlar əslində insanların şüuraltına ötürülən məsajdan başqa bir şey deyil. Hər nə qədər müəllif əsəri konfliktdə tərəf olan xalqlardan birinin nümayəndəsi kimi yox, baş verənlərin fövqündə dayanan bir şəxs kimi yazdığını iddia etsə də, ayıq oxucuların dərhal ağlına bir sual gəlir: Bəs onda Əkrəm Əylisli kimdir? Əlisli “Bu romandır, bədii əsərə qiymət tamam başqa meyarlarla verilməlidir”. Hansı meyarlarla? İndiki şəraitdə hansı meyarlarla qiymət verilməsini gözləyir ki, Əkrəm bəy?
Əylisli tək Əylisin yox, bütün Naxçıvanın qədim torpaqlarının ermənilərə məxsus olmasını və Azərbaycan türklərinin sonradan gəlib, erməniləri qıraraq, onların yerində məskunlaşmasını ən qatı millətçi erməninin də qibtə edəcəyi şəkildə təsvir edə bilib.
Bütün bunları nəzərə alaraq, biz aşağıda adları çəkilən şəxslər yazıb tələb edirik ki, Əkrəm Əylislinin “xalq yazıçısı” titulu geri alınsın! Çünki, belə bir həssas dönəmdə düşmən dəyirmanına su tökən bir “qələm adamı” xalq yazıçısı titulunu daşıya bilməz!
Oktay Hacimusali – yazıçı - publisist
Aqşin Atalızadə - hüquqşünas, tədqiqatçı
Hatəm Cabbarlı – araşdırmaçı - yazar
Taryel Faziloğlu - tarixci, MDİ -nin rəhbəri
Günay Hüseynli –müəllimə
Günel Qurban - tərcüməçi
Elvin Əliyev – tələbə
Aynur Qəzənfərqızı - folklorşünas
Elnur Kəlbizadə - elmi işçi
Azad Zaman - hüquqşünas
Tural Nuriyev - müəllim
Azer Musayev - sosial nəzəriyyəçi
Ülviyyə Bagirova - jurnalist, rejissor
Həqiqət Abbasova - GDU-da baş müəllim
Aygun İsmayılova - Fəlsəfə üzrə fəlsəfə doktoru
Növrəstə Məmmədova - mütəxəssis
Səbinə Teymurova - mütəxəssis
Günay Əfəndiyeva – həkim
Qoşqar Abbas - NewsTime.az xəbər portalının təsisçisi və baş redaktoru
Leyla Namazova – baş mütəxəssis
Rafiq Şahbazov - Presspost İnformasiya Agentliyinin redaktoru
Surxay Hüseynli -müəllim
Intiqam Valehoğlu - jurnalist-yazar
Səidə Doğancı -İnzibati İdarəetmə üzrə mütəxəssis
Nail Cəlil - sosial psixoloq, müstəqil ekspert
İlahə Cəlilova - GDU-da müəllim
Kenan Məmişov - ekspert
Qəfər Əhmədov - programist
Gülnar Əhməd - hüquqşünas
İlqar Atabəyli - jurnalist
Ülviyyə Tahirqızı - jurnalist
Çinarə Musayeva – tələbə
Əli Naxçıvanlı - tələbə
Şöhrət El-Dəniz - telejurnalist
Arzu Əliyeva - əczaçı
Elmin Alıyev – tələbə
Cavi Dan - yazar
Təranə Musayeva - tərcüməçi - yazar - AYB-nin üzvü.
Azər Həsrət - jurnalist
Tahirə Ağasiyeva- bədii qiraət ustası
Gülçin Nəsibova-müəllimə.
Fəqan Bəhrəmov-araşdırmaçı
Elza Ismayılova-mühasib.
Sərvinaz Yusifova – tələbə
Əziz Ələkbərli - AMEA, aparıcı elmi işçi
İsmixan Osmanlı - mühəndis
Kəbutər Haqqverdiyeva - jurnalist
Əfsanə Ələsgərli - jurnalist
Almaz Ülvi Binnətova - filologiya elmlər doktoru, yazıçı-publisist
Alpay Azər – yazıçı
Lalə Abdurahmanlı - tərcüməçi.
İradə Əliyeva - tibbi idarəci
Rauf Kəngərli - jurnalist
Mirzağa Sadıxbəyli - tələbə
Niyaməddin Orduxanlı - BAXCP sədrinin müavini
Ayxan Mollayev - Muhasib
Elmira Məmmədova - filologiya elmləri namizədi, AMEA, böyük elmi işçi
Ramil Süleymanov - hüquqşunas
Xaliddin Ələsgərov - hüquqşünas
Zəfər Vəliyev - treyder.
Nicat Behbudov - hüquqşunas