Elçibəy hansı jurnalistin maşınında gəzirdi?.. -FOTOFAKT

Elçibəy hansı jurnalistin maşınında gəzirdi?.. -FOTOFAKT

1993-cü ildə Surət Hüseynovun Gəncə qiyamından sonra Naxçıvanın Kələki kəndinə getməyə məcbur olmuş eks-prezident 4 illik ayrılıqdan sonra Bakıya qayıdıb … 

Tanınmış jurnalist Şahin Nəcəfov özünün feysbuk səhifəsində bir foto paylaşıb. Keçmiş jurnalist Şahin Nəcəfovun arxivində olan bu foto izləyicilər tərəfindən maraqla qarşılanıb. O, şəklin qısa tarixçəsi haqda danışarkən qeyd edib ki, burada Əbülfəz Elçibəyin əyləşdiyi maşın eks-prezidentə məxsus deyil. 

Şahin Nəcəfov:


"Böyük lider Əbülfəz Elçibəy Kələkidən Bakıya qayətdıqdan bir müddət sonra yol polisi təxribat edərək, Bəyin maşınını saxlayıb, cərimə meydançasına aparmışdı. O zaman çox adam Bəyə öz maşınını təklif etmişdi. Ancaq Əbülfəz bəy mənim "Volvo”mdan istifadəyə razılaşdı. Yeni maşın alınana kimi Elçibəyin xidmətində bu "Volvo”dan istifadə edildi. 
Bu foto mənə həm də ona görə qiymətlidir ki, mərhum Əbülfəz Elçibəyi və çox dəyərli dostlarımızı - Əli Mürsəloğlunu, Tofiq Türkeli, Mərdan bəyi, Zirəddin bəyi, Xəlil bəyi (Elçibəyin sürücüsü) bir daha xatırlatdı".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az