Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı vahid namizəd məsələsi ilə bağlı müxalifət partiyaları arasında aparılan müzakirələri kəskin tənqid edib. Müsavatın qatılmadığı 8 partiyanın görüşünə toxunan A.Hacılı bəzilərini hakimiyyətin “əlaltısı” adlandırdıqları şəxslərlə bir masa arxasında vahid namizəd məsələsi ilə bağlı müzakirə aparmaqda ittiham edib. A.Hacılı bu haqda Facebook səhifəsində açıqlama verib: “Mən vahid namizəd mövzusunu Əli Əliyevlə,Yusif Bağırzadə ilə, Əvəz Temirxanla, Sərdar Cəlaloğlu və başqaları ilə müzakirə etməyi təklif etməmişəm. Mən təklif etmişəm ki, bu müzakirələr İctimai Palatada real siyasi qüvvələr, müttəfiqlər arasında aparılsın. Bir neçə gün əvvələdək vahid namizəd mövzusunun müzakirəsini pis halda hakimiyyətə xidmət, yaxşı halda zərərli təbliğat hesab edənlər, məhz bu mövzunu yenə də son günlərədək hakimiyyətin əlaltısı adlandırdıqları şəxslərlə müzakirə etmələrini necə izah edəcəklər?”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev «Vətəninfo.az»a açıqlamasında bildirdi bu daha çox İctimai Palatanın daxili məsələlərə aiddir: «Arif Hacılının sualları müttəfiqinə aiddir və bizim bunu cavablandırsaq səhvə yol verərik. Yaxşı olar ki, buna sualın ünvanı cavab versin. Ancaq ittihamlara gəlincə isə o, hamını hakimiyyətin «əlaltısı» adlandırmayıb. Deyib ki, «o partiyalar sırasında belləri var». Əminəm ki, onu deyən zaman Arif bəy bizi nəzərdə tutmayıb».
Firudin
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.