"Əlif-Bə" kitabının yeni nəşri işıq üzü gördü


Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin "Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabının 3-cü nəşri işıq üzü görmüş və dini mağazalara satışa çıxarılmışdır. Kitab QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xeyir-duası ilə nəşr edilib. İlkin olaraq bu kitab "Məsumə” dini mağazalar şəbəkəsinə (28 may və Sədərək Ticarət Mərkəzi) və "Əhli-Beyt” dini dükanına (Nizami metrosu, Hacı Soltanəli məscidinin arxası) satış üçün verilib. Kitabın qiyməti 5 manat təşkil edir. Satışdan əldə olunan pul vəsaiti kitabın növbəti nəşrlərinə sərf olunacaq. 

Qeyd edək ki, son 3-cü nəşrdə "Qəlqələ” hərfləri, "Bəqərə” surəsinin əvvəli, "Yasin”, "Ər-Rəhman”, "Mulk” surə-ləri və "Xətmül-Quran duası” Təcvid qaydaları rənglərlə göstərilməklə əlavə edilib, bəzi naxışlar yeniləri ilə əvəzlənib.
 
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az