Elman Rüstəmovun qızı Parisdə moda həftəsi keçirdi

Elman Rüstəmovun qızı Parisdə moda həftəsi keçirdi

Azərbaycanlı modelyer Günel Rüstəmovanın rəhbərlik etdiyi "Gyunel" moda evinin Parisdə Favaz Qruozinin məşhur "De Grisogono” zərgərlik brendi ilə birgə Yüksək Moda Həftəsi baş tutub.

"Qafqazinfo"-nun verdiyi xəbərə görə, moda həftəsində məşhur amerikalı model Bella Hadid və İrina Şeyk qonaq qismində iştirak ediblər. Türkiyəli model Tülin Şahin isə "Gyunel” kolleksiyasından olan geyimləri podiumda nümayiş etdirib.

Xatırladaq ki, Günel Rüstəmova ölkənin baş bankiri Elman Rüstəmovun qızıdır. O həmçinin, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin həyat yoldaşıdır.
 
 



Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az