Bu gün Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Ali Məclisinin iclası keçirilib. Bu barədə "Veteninfo.az"a məlumat verən GAMA Ali Məclisinin sədri Muraz Gülməmmədov bildirdi ki, Ali Məclis təşkilati məsələyə baxıb.
Onun sözlərinə görə, dünən GAMA prezidenti Tamir Süleymanov səhhətində yaranmış problemlərlə bağlı Ali Məclisə, vəzifəsindən istefa vermək barədə rəsmi ərizə təqdim edib.
Tamir Süleymanovun istefasının qəbuk edildiyini deyən Gülməmmədov vurğulayıb ki, GAMA Ali Məclisi onun Assambleyanın prezidenti vəzfəsindən öz istəyinə uyğun aza d edilməsi barədə qərar verib. Keçirilən gizli səzvermə zamanı namizədliyi GAMA Ali Məclisi üzvü TəbrizƏliyev tərəfindən irəli sürülmüş Elmar Həsənov GAMA-nın yeni prezidenti seçilib. Daha sonra GAMA Ali Məclisi Tamir Süleymanovun Ali Məclis üzlüyündən kənarlaşdırılması barədə qərar çıxarıb.
Həmçinin Tamir Süleymanovun GAMA-nın Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasında təmsilçisi statusuna xitam verilib. Yeni seçilmiş GAMA prezidenti Elmar Həsənov, Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasında GAMA-nın təmsilçisi təyin edilib.
Muraz Gülməmmədov həmçinin əlavə edib ki, GAMA 2011-ci ildən Gürcüstan Türkləri Konfederasiyasının assosativ üzvüdür.
Arayış:
Elmar Həsənov, 1981-ci ildə Gürcüstanın Bolnisi rayonun Faxralı kəndində ziyalıailəsində dünyaya gəlib. 2002-ci ildə Bakı Biznes Universitetinin hüquq fakultəsini, 2009-cu ildə isə Ə.Topçubaşov adına Ali Siyasi Məktəbi bitirib. 1999-cu ildən Gürcüstanın və Azərbaycanın ictimai-siyasi həyatənda fəal iştirak edir. 2002-2005-ci illərdə Sabah Gənclər Birliyinin sədr müavini postunu tutub. 2005-ci ildən GAMA katibliyində müxtəlif vəzifələr icra edib. 20 avqust 2012-ci il tarixdən GAMA Baş katibi vəzifəsində olub.