Elmar Məmmədyarovu belə görməmisiniz- FOTO

Elmar Məmmədyarovu belə görməmisiniz- FOTO

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dünyanın siyasi xəritəsinə adını yazdırmaqla yanaşı, özünün yeni siyasətçiləri və məmur korpusunu da yaratdı. Məşhur ifadədə deyildiyi kimi "kadrlar hər şeyi həll edir”. Ölkə ilk vaxtlar diplomatik xidmətini qurmaq üçün çox əlləşməli oldu. Kadrlar həddən artıq az idi. Dünya isə çox böyük.

Modern.az saytının "Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 1992-ci ilin noyabr ayında Nyu-Yorkda - BMT-də çəkilib. O zaman qardaş Türkiyə özünün bu beynəlxaq qurumdakı ofisində bir otağı təmənnasız olaraq Azərbaycan üçün ayırmışdı. Azərbaycan Respublikasının Ali Məhkməsinin sədri Tahir Kərimli BMT-dəki Azərbaycanın daimi nümayəndəliyi üçün ayrılmış həmin otağa gəlib.   

Kövrək diplomatik addımlarını atan ölkəmizin ilk peşəkar kadrları Ali Məhkəmənin sədri ilə ilə birgə tarix üçün şəkil çəkdirirlər...

"O zaman Azərbaycanın imkanı yox idi ki, müstəqil bina kirayə etsin. Mən də məhkəmə hakimiyətinin və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ora getmişdim. Orada işləyənlərlə tanış oldum, səmimi görüşdüm. Daha sonra özləri istədilər ki, onlarla yadigar saxlamaq üçün bir şəkil çəkdirdim. Çünki o zaman həm hörmətimiz var idi, həm də ki, etdiyimiz işlərdən xəbərdar idilər"- deyə tahir Kərimli Modern.az-a bildirib.

Şəkildə solda uzun saçlı, enerjili təbəssümlə baxan və azərbaycansayağı bığları ilə gülümsəyən isə hazırkı xarici işlər nazirimiz Elmar Məmmədyarovdur. Elmar müəllim o illərdə (1992-95) Azərbayanın BMT yanındakı daimi nümayəndəliyinin birinci katib olub.

Romantik şüarlar və nikbin arzuların çağladığı 90-lar... Dünyanın bizi qəbul edəcəyinə və halımıza yanacağına səmimi qəlbdən inanırdıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az