Elşad Abdullayev sən nə istəyirsən?

Elşad Abdullayev sən nə istəyirsən?

Fransaya gələn azərbaycanlıların erməni adı altında sığınacaq almasını?

Artıq bir müddətdir ki, ölkə  qapısı bağlanmış Beynəlxalq Univeristetin rektoru, deputat olmaq üçün rüşvət belə verməkdən çəkinməyən Elşad Abdullayevin çəkdiyi kinolarla yatıb-durur.  "Vətəninfo.az" olaraq bu seriallar silsiləsindən bəzi epizodları bizdə təqdim etdik. Təqdim etməkdə məqsədimiz təkcə  eks millət vəkili Gülər Əhmədovla bağlı hadisəni cəmiyyətə çatdırmaq deyil, eyni zamanda Elşad Abdullayevin necə bir saxtakar olduğunuda insanlara göstərməkdi. Doğrusuda elə bu idi. Gülər Əhmədova nə qədər günahgardırsa, Elşad Abdullayev ondan üç qat günahgardı. Amma Qərb və Avropanın ölkəmizdəki bəzi tör-töküntüləri daha çox qadının əzilməsini və onların əməllərinə xidmət edən Elışad Abdullayevin  günahsız olduğuna yönəlik kompaniya apardılar. Amma həqiqət budur ki, Elşad Abdullayevə qucaq açan Avropa Birliyi və Fransa bu şəxsdən geninə-boluna yararlanmaq niyyətindədir və edirdə. Elşad Abdullayevin son açıqlamaları isə tamamilə göstərdi ki, bu deyilənlər onun beyninin məhsulu deyil və bu məsələdə onu robotlaşdıranların fikirləri daha çoxdu. Amma bu açıqlamalar qarşısında E.Abdullayevdən soruşan yoxdur ki, sən bu öıkədən, bu xalqdan nə istəyirsən. Yenidən ABU-nun fəaliyyət göstərməsini, saxta diplom əməliyyatlarının həyata keçirilməsi üçün şəraitin yaradılmasını, yoxsa bu günə kimi verdiyin açıqlamalara baxsaq 3000 min nəfərin qardaşını oğurladığı haqqında şonu? hansının cənab Abdullayev? Yetər artıq gülüş hədəfinə çevrilmisən və bu da sənə başucalığı gətirmir. Əksinə daha çox düşmənin dəyrmanına su tökürsən. İndidə başlamısın Naxçıvan Muxtar Respublikasından 3 kərə millət vəkili seçilmiş Arzu Kazımova qarşı kompaniyalar aparmağa. Hər kəsə daş atdın. Amma unutma ki, bu xalq çox şeyi bağışlar, bir şeydən başqa,  onun çörəyini yeyib, ölkədən çıxıb o ölkəyə xəyanət edənləri bağışlamaz.  Fransaya siyasi və ya başqa şəkildə köç edən  azərbaycanlıları " erməni milləti adı altında qeydiyyata düşsəninz daha yaxşı olar" deyərək onlara yol göstərməniz nədən xəbər verir bunu anlamaq mümkün deyil. Bu ölkənin insanı hürriyyətini qanı və canı bahasına alıb və meydanlarda imperiyanın çökməsi yolunda fədakarlıq edib. Bu gün sən Arzu Kazımova və onun kimi neçə-neçə insanlara qarşı şər-böhtan yolu tutmaqla bir şey qazana bilməyəcəksən.Unutma ki,bir gün sənində videon yayılacaq.

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az