Elşad Abdullayev 10 ildən sonra iş adamların niyə ləkələyir?
Hal-hazırda qapsına kilid vurulan və Fransada siyasi sığınacaq belə ala bilməyən Beynəlxalq Univeristetin rektoru, rüşvətlə millətin mandatın almağa çalışaraq,2005-ci ildə millət vəkili olmağa səy göstərən Elşad Abdullayevin məlum video qalmaqalından sonra, Azərbaycan Respublikası Baş Prakrorluğunda yeni tərkibdə İstintaq Komisiyası yaradılıb.
“Vətəninfo.az”-ın əldə etdiyi məlumata görə. İstintaq Komisiyasında Baş Prokrorluğun müstəntiqləri ilə yanaşı MTN-nin və DİN-nin müstəntiqləridə təmsil olunurlar.
Hazırda istintaq sirri olduğundan bəzi məsələləri diqqətinizə çatdıra bilmirik.
Amma iddalara görə, İK-sı Elşad Abdullayevin Fransada xüsusi səsyazma studiolarında montaj elətdirərək prokrorluğa göndərdiyi video görüntülər əsasında istintaq prosesi aparılır. Amma bu istintaq prosesinə müxtəlif iş adamları cəlb edilsədə. Elşad Abdullayevin bir dənə də olsun yaxını çağrılmayıb. Eyni zamanda iddalara görə, hazırda vəzifədə olan və vaxtilə Elşad Abdullayevlə müxtəlif münasibətləri olan kəslər belə istintaq prosesinə cəlb olunmayıblar. Amma maraqlı məqamlardan biri ondan ibarətdir ki, istintaqa cəlb olunanlar içərisində vaxtilə Elşad Abdullayevdən borc alanlar çağırılırlar.
Bu yöndə “dia.az”, “Müsavat.com” və “Azadlıq.info” saytlarında dərc olunan xəbrlərdən aydın olur ki, Elşad Abdullayev Parisdə fransızlara arxasın söykəyərək Azərbaycanda bulanıq suda balıq tutmaq niyyətindədir. Xüsusəndə vaxtilə ondan borc alan və bu borcu yüksək faizlə verdiyi vaxt gizli video çəkilişlər apardığı şəxslərə qarşı.
Elşad Abdullayev bu yolla bədnam niyyətini həyata keçirməkdədir ki, bunların sırasında Arzu Kazımovda vardı. Görünür E.Abdullayev bu yolla hakimiyyətin rəğbətin qazanaraq. Güllər Əhmədovaya verdiyi rüşvəti ört-bass etməklə yenidən Azərbaycana qayıdıb. əlindən çıxan imkanlarını geri qaytarmağı düşünür. Elə buna görə də o Arzu Kazımov və başqa iş adamlarını itkin düşdüyünü idda etdiyi. Eks MTN əməkdaşı. Mayor Mahir Abdullayevlə bağlı qaldırılan cinayət işinin içərisinə qatmağa çalışır.
Qeyd edək ki, M.Abdullayevlə bağlı vaxtilə həm MTN-də, eyni zamanda da Baş Prokrorluqda və DİN-də əməliyyat axtasrış qrupu yaradılmışdı və hər üç rəsmi orqanın yaratdığı bu əməliyyat qruplarının gəldiyi nəticə yəqin ki, vardır. Əgər vardırsa, o zaman bu faktlar yeni tərkibdə fəaliyyət göstərən İK-a təqdim olunub və İK-sı üzvülərinə də bu günə kimi aparılan araşdırmaların nəticəsi bəllidir.
Ekspertlər isə hesab edirlər ki, həm beynəlxalq hüquq, eyni zamanda ölkə konustitusuyası vidio görüntülər əsasında bu və ya digər şəkildə istintaqın aparılmasını düzgün hesab etmirlər.
Bundan başqa ekspertlər E.Abdullayevin haqqında məhkəmə qərarı çıxarılaraq İnterpol vasistəsi ilə ölkəyə gətirilməsi yönündə addımların atılmamasını aparılan istintaq prosesinin işini çətinə saldığı qənaətindədirlər. Yəni Elşad Abdullayev istintaqda iştirak etməli və birbaşa istintaqa cəlb edilmılidir.
Bu gün Elşad Abdullayevin qanundan kənar video çəkilişləri əsasında iş adamlarının istintaqa çağrılmasına gəlincə ekspertlərin fikrincə bu bütövlükdə qanuna ziddir. Yəni Arzu Kazımov və digər iş adamlarının istintaqa cəlbi Elşad Abdullayevin marağının təmin edilməsi ilə yanaşı. Istintaqın gedişinin başqa yönə çevrilməsinə xidmət edə bilər. Ekspertlərə görə, Elşad Abdullayev bu gün video qalmaqallarla gündəmə gəlməsinin arxasında Avropa Birliyi, xüsusəndə Fransa dayanır ki, burda da məqsəd Azərbaycandakı siyasi proseslərə Avropanın müdaxiləsini təşkil etməkdir. Yəni Elşad Abdullayev Avropanın düdüyü ilə Azərbaycanda müxtəlif insanları ləkələməklə, özünü təmizə çıxarmağa çalışır.
Kənan
"Vətəninfo.az"