Noyabrın 9-da əməkdar artist Elza Seyidcahanın Siyəzən və Şabranda Bayraq Günü ilə bağlı keçirdiyi tədbirə müdaxilə olub.
Vizual.az xəbər verir ki, bu barədə Azadlıq Radiosuna Elza Seyidcahanın özü məlumat verib. Yada salaq ki, Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini vermişdi. Həmin dairədə MSK YAP namizədi Tahir Süleymanovu ilkin qalib elan edib.
Elza Seyidcahan deyir ki, bu tədbirlə insanlara Bayraq günü ilə bağlı məlumatlar çatdırmaq məqsədi güdüb. Onlar insanlara bayraq haqqında məlumat əks olunmuş bukletlər paylayıblar. Siyəzəndə baş tutan tədbir insidentsiz ötüşməyib.
Elza Seyidcahanın sözlərinə görə, opponentinin nümayəndələri tədbiri pozmağa çalışaraq əraziyə polis çağırıblar: "Mənə deyirlər ki, prezidentin şəklini niyə tutmusan? İstifadə edirsən. Başa düşmürəm, Bayraq Günündə kimin şəklini tutmalı idim? Belə bir gündə prezidentin fotosunu tutmalıyam da. Mən belə tədbiri keçirməyi özümə borc bilirəm."
Elza Seyidcahanın sözlərinə görə, bayraq aksiyasında iştirak etdiyi üçün bir nəfər də saxlanıb.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?