Əmlakın sənədləşdirilməsi çox rahat olacaq

Əmlakın sənədləşdirilməsi çox rahat olacaq
Bundan sonra əmlakın sənədləşdirilməsi zamanı vasitəçiyə ehtiyac olmayacaq. Əmlak Məsələri Dövlət Komitəsi bununla bağlı pulsuz hüquqi xidmət yaradıb.
 
Miq.az  xəzərxəbər-ə istinadən verir ki, beləliklə də vətəndaşın sənədləşmə üçün dırnaqarası maklerlərə pul ödəməyinə ehtiyac qalmayacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vətəndaşları sənədləşmə işini bəzi işbazlara etibar etməməyə çağırıb.

Rafiq Cəlilov torpaqlardan səmərəli və təyinatı üzrə istifadə məsələsinə də toxunub. Belə ki, təyinatına müvafiq olmadan həyata keçirilmiş bəzi tikintilər bu vaxta qədər sənədləşdirilsə də, bəziləri sökülə bilər.

Torpaqların elektron kadastr uçotu sistemi üzrə də 8 bölgədə işlərə başlanılıb. Bu sistemlə hansı torpağın hansı keyfiyyətdə olduğu bilinəcək. Gələcəkdə bu keyfiyyəti müəyyən edən səyyar labarotoriyaların rayonlarda da qurulması planlaşdırılır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az