Ən yeni silahlar Azərbaycan sərhədində

Ən yeni silahlar Azərbaycan sərhədində
Şimali Qafqazda topçular ən yeni hərbi texnika və silahların iştirakı ilə təlimlər keçiriblər.
 
Publika.az xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.
 
Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiyanın ərazisində keçirilib.
 
"Təlimlərin gedişatında xüsusi diqqət "Zoopark-1” ən yeni radiolokasiya kompleksləri, "Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, "Msta-S" özüyeriyən artilleriya sistemləri, "Tornado-Q” reaktiv yaylım atəş sistemləri və "Podnos” minaatan sistemlərinin mənimsənilməsinə ayrılıb”, - xəbərdə deyilir.
 
Təlimlərdə 3,5 mindən çox topçu, silah və hərbi texnikanın təxminən min vahidi iştirak edib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az