Vətəninfo.az xəbər verir ki, Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 22 radələrində şəhərin Heydər Əliyev prospektində baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Fərid idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən ər-arvad, Gəncə şəhər sakinləri, 56 yaşlı Fazil Verdiyev və 53 yaşlı Nazlı Verdiyevanı vurub. F. Verdiyev hadisə yerində, N. Verdiyeva isə xəstəxanaya aparılarkən yolda ölüb. F. Məmmədovun idarə etdiyi maşın daha sonra idarəetmədən çıxaraq yolda hərəkətdə olan “Hyundai” və yolun kənarında dayanmış digər “Mercedes” markalı avtomobillərə dəyib. Hər iki avtomobil zədələnib.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...