Ərdoğan Rusiya ilə hərbi-siyasi ittifaq yaratdı

Ərdoğan Rusiya ilə hərbi-siyasi ittifaq yaratdı

Vaşinqtonun Suriyada Rusiya-Türkiyə müharibəsi yaratma planı boşa çıxdı. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə qeyri-rəsmi hərbi-siyasi ittifaq yaradıb. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Manoy Ankara-Moskva əlaqələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ankara Suriyanın şimalında hərbi əməliyyatlara başlamadan öncə Moskva və Dəməşqin razılığını alıb: "ABŞ Suriyada Rusiya və Türkiyə arasında müharibə yaratmağa çalışırdı. 24 noyabrda baş verən Su-24 böhranını xatırlayaq. Ancaq Vaşinqtonun bu planı iflasa uğradı. ABŞ bu dəfə 15 iyul dövlət çevrilişinə cəhd edərək Ərdoğanı taxtdan endirməyə çalışdı. Ancaq bu da alınmadı.

ABŞ-ın bütün bu uğursuz cəhdləri Ərdoğanın Rusiya ilə qeyr-rəsmi hərbi-siyasi ittifaq yaratmasına səbəb oldu.
Bu gün Türkiyə ordusu Suriyanın şimalındadır. Ankara Moskva və Dəməşqin qeyri-rəsmi razılığını aldıqdan sonra bu addımı atdı. Türkiyə yaxın Şərqdə Rusiyanın əsas müttəfiqi hesab oluna bilər”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az