Ərdoğan Rusiya prezidentini təbrik edib

Ərdoğan Rusiya prezidentini təbrik edib
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. "İnterfax" xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilir.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı Ərdoğan rusiyalı həmkarını Federal Məclisin Dövlət Dumasına deputat seçkilərinin uğurla keçirilməsi münasibəti ilə təbrik edib.

Bundan əlavə, prezidentlər Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafı və Suriya probleminin nizamlanması üzrə aktual məsələləri müzakirə ediblər.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az