Ərdoğan: Sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir

Ərdoğan: Sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir
Ərdoğan: Sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir
Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin dünya və bölgəmizdə sülh və yeni ümid mənbəyi olacağı şübhəsizdir.

Miq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu prosesdə Azərbaycanla çiyin-çiyinə hərəkət edir:

"Qarabağda işğala son qoyulmaqla birlikdə bölgəmizdə tarixi bir fürsət pəncərəsi açılıb. Onun bağlanmaması çox önəmlidir. Ermənistanın bu prosesi dəyərləndirməsi lazımdır. Üçüncü tərəfləri isə prosesi zəhərləmək yerinə, müsbət addımlar atmağa dəvət edirəm”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az