Ərdoğan və Putin telefonla danışdılar

Ərdoğan və Putin telefonla danışdılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

Miq.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb və Rusiyanın dövlət başçısını soyuqqanlı qərarlar verməyə çağırıb.

O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az