Ərdoğandan ABŞ səfərindən əvvəl diqqətçəkən açıqlama: “Onunla görüşə bilərəm”

Ərdoğandan ABŞ səfərindən əvvəl diqqətçəkən açıqlama: “Onunla görüşə bilərəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin zirvəsinə qatılmaq üçün ABŞ-a gedəcəyi açıqlanıb.

Miq.Az xəbər verir ki, Türkiyə liderinin səfərinin 19-22 sentyabr tarixlərində baş tutacağı bildirilib.

Prezident Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında keçiriləcək liderlərin zirvəsinə qatılacaq və çıxış edəcək.

Ərdoğanın səfəri çərçivəsində bəzi liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

O, İsrail Prezidenti İshaq Hersoqun Nyu-Yorka gələcəyi təqdirdə onunla görüşə biləcəyini deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az