Ərdoğandan Trampa XƏBƏRDARLIQ: "Türkiyənin iradəsini dollarla satın ala bilməzsən"
"ABŞ Türkiyənin siyasi iradəsini pulla satın ala bilməz”.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"ABŞ prezidenti təhdid edir. Bu nə təhdiddir? "Biz milyardlar veririk, bizim düşüncəmizin əksinə hərkət edənlər var. Bunları tək-tək qeyd edirik” deyib. Amerikaya demokratiyanın beşiyi deyirlər. Türkiyənin demokratik iradəsinin dollarla satın ala bilməzsiniz", -deyə dövlət başçısı vurğulayıb.
Miq.az