Ərdoğanın otelinə hücum edən əsgərlər danışdı

Ərdoğanın otelinə hücum edən əsgərlər danışdı

Türkiyədə 15 iyulda baş vermiş çevriliş cəhdi zamanı prezident Ərdoğanın otelinə hücum edən əsgərlər ifadə verib.

 Rəcəb Tayyib Ərdoğanın Marmaris vilayətində qaldığı otelə basqın edən əsgərlərin ifadəsi alınıb.

Hadisə ilə bağlı açıqlama verən əsgərlərin dediklərinə görə, komandirləri onlara bir terrorçunu öldürməyə getdiklərini söyləyiblər. Onların həmin oteldə kimin olduğundan isə tamamilə xəbəri olmayıb.

"Bizə bu yolun geri dönüşü olmayacağını dedilər. Biz də vətənpərvərlik duyğularımızla dəstəmazımızı aldıq və şəhid olmağa hazırlaşdıq. Telefonlarımız sönülü olduğu üçün ölkə ərazisində nə baş verdiyindən də xəbərsiz idik. Daha sonra komandirlər bizə Silahlı Qüvvələrin hakimiyyəti ələ keçirdiyini və əmrlərin Baş Qərargahdan gəldiyini söylədilər."

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az