Ərdoğanla İlham Əliyev bağlı qapılar arxasında nəyi müzakirə edib? (VİDEO)

Ərdoğanla İlham Əliyev bağlı qapılar arxasında nəyi müzakirə edib? (VİDEO)

Bu gün BMT-nin İstanbulda keçirilən Humanitar Sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün bəzi təfərrüatları məlum olub.

 Türkiyə bürosuna istinadən xəbər verir ki, İlham Əliyev Ukrayna dövlət başçısı ilə görüşüb, daha sonra isə Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında görüş keçirib.

"Görüşdə əsasən Dağlıq Qarabağ məsələsinin müzakirə edilib", - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS PRESS-ə deyib.

Onun sözlərinə görə, ikitərəfli görüş çox gözəl və yüksək səviyyədə keçib.
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az