Erməni generalın müharibə bəyənatı- "Azərbaycana dərhal hücum..."

Erməni generalın müharibə bəyənatı-

"Azərbaycana dərhal hücum etmək lazımdır" — Erməni general

Ermənilər yenə atəşlə oynayır.

Dağlıq Qarabağın işğalında yaxından iştirak etmiş erməni general Arkadi Ter-Tadevosyan Ermənistanı Azərbaycana qarşı müharibəyə başlamağa çağırıb.

Erməni general aprel döyüşlərində işğalçı ordunun itirdiyi yüksəkliklərin böyük strateji əhəmiyyətinin olduğunu vurğulayaraq bu yüksəkliklərin gələcək məğlubiyyətlərdən xəbər verdiyini bildirib.

"Ermənistan rəsmiləri şimal və cənubda itirilmiş strateji yüksəkliklərin əhəmiyyətini gizlətməyə çalışsa da, xalq bilməlidir ki, bu yüksəkliklərin itirilməsi gələcək məğlubiyyətimiz deməkdir. Ermənistan rəhbərliyi Talış kəndindəki yüksəkliyi nəyin bahasına olursa-olsun geri qaytarmalıdır", deyə erməni general vurğulayıb./Ölkə.Az/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az