"Erməni məmurlar Bakının qara kürüsünü yeyib, Azərbaycan muğamına qulaq asırlar"

Rusiyanın "Vokruq Novostey" internet qəzeti Ermənistandakı hakim elitanın Bakı kürüsünə olan həvəsindən yazıb.

Miq.az modern.az-a istinadən bildirir ki, jurnalın məqaləsində qeyd olunur ki, Ermənistan rəhbərliyi Azərbaycanla müharibə vəziyyətində olsa da, yerli elitanın üzvləri Sovet vaxtında məşhur olan Azərbaycanın qara kürüsünə zəiflik göstərirlər. İnternet qəzetinin iddiasına görə, erməni biznesmenlər Azərbaycan kürüsünü Gürcüstan vasitəsilə ölkələrinə aparırlar.

"Yerevanın siyasi istiblişmentində Bakının məşhur qara kürsünə meyl salanlar az deyil. Bu delikates onlar üçün Gürcüstandan xüsusi olaraq gətirilir. Həmçinin, onlar arasında evində xəlvətcə Azərbaycan muğamını dinləyənlər də az deyil".

İnternet qəzetin fikrincə, bütün bunlar iki xalq arasında məişət səviyyəsində mədəni yaxınlığın olduğunu sübut edir və 25 ildən artıqdır ki, davam edən dondurulmuş münaqişəni həll vaxtı çatıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az