Vətəninfo.az xəbər verir ki, Türkiyədə 7 iyinda keçiriləcək parlamet seçkiləri öncəsi iqtidar və müxalifət partiyaları özlərinin seçki siyahlarını hazırlayaraq Mərkəzi Seçki Komisiyasına təqdim ediblər. Milliyyətçi Hərəkat (MHP) Partiyasını çıxmaq şərti ilə iqtidardakı Ədalət və Kalkınma (ədalət və İnkişf) və müxalifətdəki Cumhurriyyət Xalq Partiyalarının namizədləri içərisində milliyyətçə erməni olanlara rast gəlmək olur. Əhməd Davudoğlunun liderliyindəki AKP İstanbul 2-ci bölgədən milliyyətcə erməni Markar Esayanın namizədliyini irəli sürüb.
Markar Esayanla bağlı qıssa apardığımız araşdırma zamanı bəlli oldu ki qatı erməni milliyyətçisi olan Esayan 1969-cu ildə İstanbulda doğulub. Bomonti Mıhitaryan Erməni Katolik orta məktəbini bitirb, Bundan sonra isə Xüsusi Getronnaqan Erməni Litseyinə qəbul olub. 1995-ci ildə idarəçilik üzrə sertifikatı aldıqdan sonra, 1997-ci ildə Türkiyə ermənilərinin əsas mətbuat orqanı olan “Aqos” qəzetində məqalələrlə çıxış etməyə başlayıb. 2001-ci ildən isə həmin qəzetdə “dar qapı” başlığı altında köşə yazıları ilə çıxış etməkdədir. Araşdırmamız zamanı bəlli oldu ki, Markar Esayan uzun müddət “Tərəf”qəzetində də müxtəlif vəzifələr tutub və eyni zamanda bu qəetin köşə yazarlarından biri olub. Hazırda hakim partiyanın idoloji təbliğat vasistələrindən biri olan “Yeni Şəfəq” qəzetində köşə yazıları ilə çıxış etməkdədir. Markar Esayanla bağlı apardığımız araşdırma zamanı o da bəlli oldu ki. Türkiyədə “Hamımız erməniyik” kompaniyasının təşkilatçılarından biri olmaqla bərabər, qardaş ölkədə Azərbaycan əleyhinə həyata keçirilən bütün forumların əsas iştirakçılarından biridir. Katolik kilsısində davamlı olaraq “Türklər bizim düşmənimizdir” başlıqlı dərslərin ən aktiv şagirdlərindən biri hesab edilən Markar Esayanın Əhməd Davudoğlu tərəfindən namizədliyi üzərində dayanılması göstərir ki. Türkiyə qondarma erməni soyqırımının 100-cü ilinə hazırlaşan Ermənistana və dünya erməni lobbisi qarşısnda ikinci bir jestini həyata keçirmək istəyir. Bəzi iddialara görə, Markar Esayan Daşnaqüstun təşkilatının gizli üzvülərindəndir.
Vətəninfo.az