Sırkisyan: “Ermənistan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır”
“Tert.am” saytı Ermənistanda fəaliyyət göstərən Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sırkisyanın bəzi məsələlərə münasibətini öyrənib. bu barədə musavat.com-un Avropa müxbiri yazır.
Sırkisyan deyib ki, Qarabağ problemi öz həllini tapmadığı bir vaxtda Rusiya Azərbaycana hücum silahları satır. Biz Rusiyanı Azərbaycana silah satışından çəkindirə biləcək arqumentlərə malik deyiliksə, başqa çıxış yolu axtarmalıyıq. Biz öz təhlükəsizliyimizi təmin etmək üçün başqa ölkələrlə daha yaxın münasibətlər qurmaq haqqında düşünməliyik.
“Bu, uzun müddət belə davam edə bilməz. Əgər davam etsə, onda Ermənistan öz təhlükəsizliyinə başqa cür baxmalı olacaq”, deyən araşdırmaçı vurğulayıb ki, bizim onsuz da itirə biləcəyimiz bir şey yoxdur.
“Əgər biz Rusiyanın “yemlədiyi” ölkə ilə vuruşuruqsa, onda Rusiya ilə münasibətləri bügünkü keyfiyyətdə nədən saxlamalıyıq? Əgər Azərbaycanı başqa bir ölkə silahlandırsa idi, bunu başa düşmək olardı”, Manvel Sırkisyan deyib.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması ilə bağlı suala cavab olaraq Manvel Sırkisyan deyib ki, bu məsələ haqqında konkret nəsə demək çətindir. Çünki Qərbin sanksiyaları ilə üzləşmiş Rusiyanın gələcəyinin necə olacağı sualına heç rusların da dəqiq cavabı yoxdur.
Manvel Sırkisyan bildirib ki, Ermənistan birtərəfli inteqrasiyadan çəkinməlidir. Belə hallar bizim ölkəni ağır vəziyyətdə qoyur.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər