Erməni spiker sülh müqaviləsindən danışdı: 15 günə...

Erməni spiker sülh müqaviləsindən danışdı: 15 günə...
"Ermənistan Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrlik edir və dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan sammitdə iştirak edəcəyi gözlənilir".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

 

"Paşinyanın gedib-getməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma mənim şəxsi fikrimcə, Ermənistan bu sammitdə iştirak etməlidir", - o əlavə edib.

 

"İradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər. Söyləyə bilərik ki, biz demək olar, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün təfərrüatları açıqlamaq istəmirəm", - spiker bildirib.

 

Qeyd edək ki, dünən ABŞ Dövlət katibi Antoni Blinken ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Müzakirə olunan mövzular arasında sülh prosesi də olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az