Erməni uşaqlardan gələcək terrorçu Andranik və Njdelər hazırlanır...-FOTOLAR

Erməni uşaqlardan gələcək terrorçu Andranik və Njdelər hazırlanır...-FOTOLAR

"Beynəlxalq super güclər də heç cür Azərbaycanın Ermənistanla yekun sülh sazişini bağlamasını istəmir və aradakı qarşılıqlı nifrətin aradan qalxmaması və bu "qladiator" savaşının davam etməsi üçün əllərindən gələni edirlər...”
 
"Sabahın Ermənistanını bu uşaqlarda görün, onların arasına Njde və Andranik  toxumunu səpin və erməni milləti yeni Njde və Andraniklər əldə edəcək. Çünki onların içi intiqam hissi ilə doludur, onlar azadlıq mübarizəsinin qiymətini çoxlarından yaxşı bilirlər”.
 

Moderator.az xəbər verir ki,  bu faşist, ermənizm xislətli cümlələri və onlara uyğun uşaq fotolarını sosial şəbəkələrin erməni seqmentində Yeprem Marqaryan ad-soyadlı bir erməni istifadəçi paylaşıb.
 
Fotolarda Azərbaycan və Türkiyəyə qarşı mübarizəyə, döyüşlərə hazırlanan erməni uşaqlar təsvir edilib.
 

ABŞ-ın "demokratiya sammiti”nə dəvət etdiyi Ermənistanda belə bir anti-bəşəri, ədalətsiz təbliğat aparılır.
 
Görünən odur ki,  beynəlxalq super güclər də heç cür Azərbaycanın Ermənistanla yekun sülh sazişini bağlamasını istəmir və aradakı qarşılıqlı nifrətin aradan qalxmaması üçün əllərindən gələni edirlər...
 
Sultan Laçın
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az